Dərc edildi: Baxış sayı: 467
Aşıq Bəsti - Görəydim
Dağlarda lalə, nərgizi,
Gülləri dəstə, görəydim.
Yasəməni, qızılgülü,
Dərəydim, dosta verəydim.
Gül dərməsin, a yağımı,
Çəkər piltə, a yağımı.
O yağının ayağımı,
Məzarı üstə görəydim.
Yoxdur, Xançobanım hanı?
Uçub dağların bir yanı.
Bəsti, səni ağladanı,
Şivəndə, yasda görəydim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət