Dərc edildi: Baxış sayı: 491
Aşıq Bəsti - Eylər-eylər
Ay camaat, xəstə düşüb ölürəm,
Dərdimə dərmanı yar eylər-eylər.
Həsrət qaldım yarın uca boyuna,
Yanar canım ahu-zar eylər-eylər.
Anam gəlib kəsdirəydi yanımı,
Yar demərəm, şaxta vurar canımı.
Yay dolusu döyər bağ-bostanımı,
Alçaq dağlarımı qar eylər-eylər.
Fələk, sənlə çox eylərəm savaşı,
Ahımdan dumandı dağların başı.
Üzümü yandırır gözümün yaşı,
Ağlamaq Bəstini kor eylər-eylər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət