Dərc edildi: Baxış sayı: 937
Aşıq Bəsti - Ərgünəş
Xançobanım nə söylədi, nə dedi?
Ayrılanda qucağından, Ərgünəş!
Mən ki, səni ziyarətə gəlmişəm,
Qaldır, öpüm ayağından, Ərgünəş!
Birdən-birə xoş əhvalım qarışdı,
Sızıldadı, sümüklərim sancışdı.
Odsuz, közsüz şirin canım alışdı,
Od almamış ocağından, Ərgünəş!
Bu dağlarda neçə Leyli ağlamış...
Bəsti kimi dağı, daşı dağlamış.
Yardan bizə nə nişanə saxlamış,
Nə taparam torpağından, Ərgünəş?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət