Dərc edildi: Baxış sayı: 494
Aşıq Bəsti - Düşmüşəm
Məcnunsuz çöllərin Leylisiyəm mən,
İtkin yarm sorağına düşmüşəm.
Yaxşı Aşiqilə gəzir çəməndə,
Həkərinin qırağma düşmüşəm.
Şirinin beynində eşqin əsəri,
Fərhad qayalara vurar düsəri.
Kirpik qatlamıram o gündən bəri,
Yata bilməm, qəm dağma düşmüşəm.
Əslini yandırıb, gözləyən fələk,
Namərdlik məqamm gözləyən fələk.
Bəstini ölüncə izləyən fələk,
Öldür qurtar, ayağma düşmüşəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət