Dərc edildi: Baxış sayı: 510
Aşıq Bəsti - Dəyməmiş
Varmı ürəyinə zalım dövranda,
Fələyin əlindən zədə dəyməmiş.
Namərdin ucundan, nadan dilindən,
Çatıb qulağma hədə dəyməmiş.
Demirəm mələyəm, nə də ki, göyçək,
Sözümdə yalan yox, gerçəyəm, gerçək.
Ötməyib böyrümdən bir erkək milçək,
Astanama sultan, gədə dəyməmiş.
Bəstiyəm, odlara qalandı canım,
Bu tənəyə necə dözüm, dayanım.
Gəlmədi ağ günüm, təzə dövranım,
Düşmən yummaz ağzm pedəl dəyməmiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət