Dərc edildi: Baxış sayı: 489
Aşıq Bəsti - Çobandağı
Səndən axır abı-kövsər,
Suyun baldı, Çobandağı.
Bəzənmisən gəlin kimi,
Nə calaldı, Çobandağı?
Kəkliklərin qonur daşa,
Qaqqıldaşa, qaqqıldaşa,
Hər görən eylər tamaşa,
Bir xəyaldı Çobandağı.
Hər dürlü çiçək sinəndə,
Tapılmaz geyri çəməndə,
Bahar fəsli Bəsti səndə,
Qonaq qaldı, Çobandağı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət