Dərc edildi: Baxış sayı: 508
Aşıq Bəsti - Burdadı
Yazda Əmirvara qonaq getmişdim,
Gözəllərin say-seçməsi burdadı.
Hansına pis desəm, dilim lal olar,
Ağ güllərin tər qönçəsi burdadı.
Gözəllikdə tay tapılmaz bu yurda,
Baxdım gözəlləri xəlq olub nurda.
Qazanbatan burda, Durnalı burda,
O dağların –sər çeşməsi burdadı.
İnciməsin Rəsullunun qızları,
Gözəllərin aydı-gündü üzləri.
Bəsti deyər: heyran qoydu bizləri,
Qız qızıldı, saf külçəsi burdadı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət