Dərc edildi: Baxış sayı: 501
Aşıq Bəsti - Bəzənir
Maşallah, ay Qabaqtəpə,
Hər eldən mərdan bəzənir.
Üç ay bahar, yaz olanda,
Deyirsən sultan bəzənir.
Cahallarm hamsı qoçu,
Tərpənəni gözəl seçi.
Yaylağa yerişdi köçü,
Hər yan al-əlvan bəzənir.
Bəsti gəldi bu yaylağa,
Səda saldı hər oylağa.
Ənam verirlər qonağa,
Şal geyir, mehman bəzənir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət