Dərc edildi: Baxış sayı: 557
Aşıq Bəsti - A bəy
A bəy, nə gəzirsən hallı-havalı,
Süleyman mülkünün yiyəsi kimi?
Nədəndir yaxşının başm kəsməyə
Hazırsan xəncərin tiyəsi kimi?!
Güvənmə sən dövlətinə, varına,
Lənət olsun qeyrətinə, arına.
Haqdan zəfər dəysin bürcü-barına,
Lüt qalginən palaz iynəsi kimi.
Ağladım doyunca, gülmədim haşa,
Bir ah çəksəm, dağlar gələr baş-başa.
Bəsti deyər: səni də düş ataşa,
Yan novruz şamının piltəsi kimi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət