Slimfit
  1. BİOQRAFİYA

Aşıq Bəsti

Aşıq Bəsti
Sakura

Bəsti Kərbəlayı Bayraməli - XIX əsrin tanınmış qadın Azərbaycan aşığı

Aşıq Bəsti (1836-1936) XIX əsrin tanınmış qadın aşıqlarındandır. 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub.

 

Yaradıcılığı

Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17-18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir.

Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir. Rəvayətə görə ağlamaqdan gözləri tutulan aşığa xalq arasında "Kor Bəsti" deyilirmiş.

Basarkeçər, Daşkəsən, Gədəbəy və başqa yerlərdə aşıqlıq edən Bəsti ömrünün sonuna yaxın doğma kəndinə qayıtmış və 1936-cı ildə burda vəfat etmişdir.

 

Kitabları

  • "Lalə", Bakı, 1969.
  • "Bənövşələr", Gəncə, 2013.

 

Gəraylıları

 

Qoşmaları

 

Bayatıları

 

Mahnıları

 

Müxtəlif şeirlər

 

Deyişmələri

 

Rəvayətlər

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR