Dərc edildi: Baxış sayı: 740
Aşıq Babaş - Düşmüşəm
Sevda yolu nə tilsimli olurmuş,
Odlu canım, bir gör hara düşmüşəm?
Məhəbbətə düçar olduğum gündən,
Məcnun kimi ahu-zara düşmüşəm.
Aşıq olub məclislərə varalı,
Çox mətləb görmüşəm ağlı-qaralı,
Bir səyyadam, ovum məndən aralı,
Onun üçün bu dağlara düşmüşəm.
Bu sevdanın acısı da şirindi,
Məşəqqətli, təlatümlü, dərdindi.
Babaş deyir, son söz ərənlərindi,
Demərəm ki, bəxti qarə düşmüşəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət