Dərc edildi: Baxış sayı: 539
Aşıq Alı - Yüküm
Ustadımdan dərs almışam, ağlı kamallı yüküm,
Dürrü mərcan cəm etmişəm, yaşıldı, aldı yüküm,
Bax bazarım calalına doğru-dürüst cavab ver,
Üç yüz altmış qol qanadım, eldi, mahaldı yüküm.
Aşıq, şair heç saymaram, hündür uçan səsim var,
Sualıma tez cavab ver, sənnən əhli-bəsim var,
Həm ölməyə, öldürməyə mənim çox həvəsim var,
Al sazını, gir meydana, tam qeyliqaldı yüküm.
Adımdı Aşıq Alı, həmişə baş meydandayam,
Mərdi mərdanə durmuşam, qoç oğlu qoç meydandayam,
Zahirdəki, bir nəfərəm, sayırlar beş meydandayam,
Aç gözünü diqqət elə, cahi-cəlaldı yüküm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət