Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Yara yar

Aşıq Alı - Yara yar
Sakura

Aşıq Alı - Yara yar

Qəddah qəhr eyləsə, dərdi sər artar,
Sədasından həsrət qalar yara yar.[1] 
Aşiq sənsən yara yar,[2]
Dərd səddini yar, a yar.[3]
Tənha qalan haraylar,
Dada yetiş, yar, a yar.[4]
Hədyan ərz eyləsə nadan lisanı,[5] 
Sadiq qalar sənə aqil yar ayar.[6] 

Dərdikeş qayəsi dərdə sarıdı,[7] 
Əyirdi dərdləri dərdə sarıdı.[8] 
Aşiq dərdə sarıdı,[9]
Dərd əsiri sarıdı.[10]
Qəsrin şahə layiqdi,
Nədən rəngi sarıdı?[11]
Canansız xanələr dərd əsarıdı,[12] 
Əhli-hallar yar dərdinə yarayar.[13] 

Qəhrin sədasına tərsalar ağlar,[14] 
Can naçar qalanda, tər salar ağlar.[15] 
Aşiq tər salar, ağlar,
Yaylıq tər salar, ağlar.[16]
Haqqına ar alana,[17]
Desən, tərs alar, ağlar.[18]
Alı yaddan çara tərs alar, ağlar,[19] 
Yar yaranda, sayalanar yara, yar.[20]

İzahlar

  1.  yarın yardan ayrı düşməsi
  2.  sən aşiqin yarısan
  3.  yarmaq, dağıtmaq
  4.  yara müraciət
  5.  nadan dedi-qodusunu yayanlara inanmayan
  6.  yar səni başa düşər, anlayar-ayar
  7.  dərd çəkənin yönü dərdə tərəfdi-sarıdı
  8.  dərdin üstünə dərd gətirdi-sarıdı
  9.  aşiq dərdə meillidi-sarıdı
  10.  dərd çəkənin rəngi sarıdı
  11.  rəngi niyə sarı rəngdədi
  12.  dərd bazarı-əsarıdı
  13.  yarayar-kömək edər
  14.  tufandan, qiyamətdən Yaradana inanmayan, naümidlər
  15.  dəhşətə gələr, qorxarlar, inananlar Tanrıdan kömək diləyər. dərdinə əlac tapmayan düşünməkdən, hərarətdən tərləyər
  16.  Yaylıqla təri silərkən sarı ləkə -tər salar, islanar, sıxanda
  17.  su tökülər-ağlar
  18.  şərxətərə öyüd versən, tərs anlayar-hikməti dərk etməz
  19.  canı yanmayan dərdinin çarəsini tərs deyər-qurtarmazsan
  20.  ağlarsan-əzab çəkərsən. yara-sayalanar-qurtarar
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR