Dərc edildi: Baxış sayı: 530
Aşıq Alı - Yalvara-yalvara
Yad olanda yar peymana,
Qaldım yalvara-yalvara.
Keçən günü xəyalına
Saldım yalvara-yalvara.
Sonaları gölə çəkdim,
Cananımı dilə çəkdim,
Telli sazı zilə çəkdim,
Çaldım yalvara-yalvara.
Bəyaz sinə, şəhla gözü,
Görən kimsə çətin dözü.
Alı deyər bir "hə" sözü
Aldım yalvara-yalvara.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət