Dərc edildi: Baxış sayı: 667
Aşıq Alı - Yalan oldu
Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri-talan oldu.
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə,
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.
Aşıq Alı sənə qurban,
Gəl eylə dərdimə dərman,
Uçdu getdi tülək tərlan,
Sar da kəklik alan oldu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət