Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Üçədir

Aşıq Alı - Üçədir
Sakura

Aşıq Alı - Üçədir

Bəni-insan xəlq olandan
Hesabatı üçədir.
Kəlmeyi-şəhadət beytin
İlk misrası üçədir.
Dövran açdı sirrini,
Küllü-aləm yarandı.
Zat, süd, övlad gərdişinin
Davaməti üçədir.

“cim”,”bey”, “əlif” bazarında
Sövdəgardi kafi-cim.
“kafi”i, “bey”i əl-ayağı,
“vov”u əlsiz ərəccim.
“kafi”i -“cim”də bir “əlif” var,
Nəqş olunub çox nəcim.
Üç səqirə dayaq dövrü
Kəraməti üçədir. 

Nuh övladı xidmətində
Vurar başa, ayağa.
Gah dayağı olar başda,
Gah ayaqdır dayağa.
Bu bazarda xidmətini
Bacarırsan say ağa.
İki yolla dövran eylər
Hər sifəti üçədir.

Yek yaradan, du yaranan
Gözəllikdə gözəldi.
Cəmi üçə dəlalətdi,
Cümlə aləm düzəldi.
Aşıq Alı mürəxxəsdi,
Bu dünyadan üz əl di.
İki dayaq bəs eyləməz
Tələbatı üçədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR