Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Oldu (Ağ Aşığa)

Aşıq Alı - Oldu (Ağ Aşığa)
Sakura

Aşıq Alı - Oldu (Ağ Aşığa)

Ağ Aşığa ithaf

Köçübdü sultanım, sərdarım, xanım,
Qəlbim qəm evində pərişan oldu.
Aparıb özüylə dinim, imanım,
Sədrim qəm oxuna bir nişan oldu.

Mədinə dərs verdi, Kərbəla şöhrət,
Dərsi dərs içində sanılı ibrət.
Təbibi kar oldu, sağaldı min dərd,
Yurd saldı, sənəti bir gülşən oldu.

Yerdən, göydən, Nuh nəbidən xəbərdar,
İzah eylər, cümlə neçə elm var.
Baş vurar dəryaya, gövhəri arar,
Neçə-neçə dildə danışan oldu.

Zəburdan, Tövratdan, Qurandan dərsi,
Eşq əhlini heyran qoydu həvəsi.
Əlindəydi fəzlin bəndi bərəsi
Alimlə, Xotkarla yarışan oldu.

Itirdim ümmanı, yoxdu damlası,
Tükənməz, ölüncə tutaram yası.
Sazımda qəmləndi hicran havası,
Tale təqdirində pərişan oldu.

Köç etdi sərində külli xəzinə,
Ünvansızdı, necə düşüm izinə?
Qiymət versə üləmalar sözünə,
Nəğmələr içində zərnişan oldu.

Qərib kimsənəydi, vətəni Sulduz,
Zülmət dünyasında şöləli ulduz.
Namərd qurğusuyla yaşadı yalqız,
Cismimə od saldı, alışan oldu.

Sanaram zülmətdə bir dağ aşığı,
Verdi kəlamıma yar-yaraşığı.
Alı, giryan yad et, sən Ağ Aşığı,
Kədərin hicranla barışan oldu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR