Dərc edildi: Baxış sayı: 586
Aşıq Alı - Kəsildi
Fərzəndi-şərəfim köçdü dünyadan,
Fələyin boynuma qəhri kəsildi!
Necə əl götürüm həmdu-sənadan,
Şəkər dəhanımda zəhər kəsildi!
Şərəfim, şöhrətim, oydu pənahım,
Xaliqin önündə nəydi günahım?
Ərşə büləndi o, oldu amanım,
Həyat çeşməsinin bəhri kəsildi!
Nagah qəza gəldi məntək halıya,
Fəryadım elləri oda qalıya!
Ümid çeşməsiydi yazıq Alıya,
Çeşməsi qeyb oldu nəhri kəsildi!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət