Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( III hissə)

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( III hissə)
Sakura

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( III hissə)

Aldı Aşıx Alı:
Böhtan sözdü hax yanında nahaxdı,
Hax nəzəri yerə-göyə dayaxdı.
Haqqın özü yatmıyıfdı, oyaxdı,
Bu sözdəri açan Aşıx Alıdı.

Söz tamama yetişənnən sonra Paşa dedi:
- Alı, oğul, indi növat gəlif sana yetişdi. Yoxla bu Yığvalın qavını, görək bir
şeyi varmı?

Aldı görək Aşıx Alı nə dedi:
Mərifətdən kamal alan, ay aşıx,
Şəriəti neynən elərsən aşkar.
Bey altınnan o noğdanı bəyan et,
O noğdadan elə məni xəvərdar.

Paşanın aşığının gözü buz üstə çıxmış dana gözünə döndü. Dili tutula-tutula
dedi:
- Paşa sağ olsun, havanın istisi, sazın səsi beynimə düşüf. Mən hamısını birdən
açajam.
Duraxan söyündüyünnən qalyan-qorçusuna elə bir dürtmə ilişdirdi ki, yazıx az
qaldı gedif düşə Əzrayılın siyahısına. Qalyan-qorçu baxdı kı, Aşıx Duraxanın
bığları söyündüyünnən yaman qalxıf, zalım oğlu elə şöyqə gəlif ki, bir də bayaxkı
kimi ona bir dürtmə də ilişdirsə, onda qəvrinə arvad-uşax ömürrük həsrət qalajax.
Ona görə qaçıf özünü soxdu camaatın arasına. Aşıx Alı Yığvalın ilişdiyini duyuf
dedi:
- Paşa sağ olsun, neyniyək, qoy mən deyim o hamısını birdən açar.

Səkkiz cənnət, yeddi dami yaqın var,
Yerdədi, göydədi, hardadı ənnar?
Ərşdə iki quş var, göydə dən dənnər,
Gah pünhan olullar, gah olur aşkar.

Yığval tez əlini qaldırıf dedi:
- Paşa sağ olsun, tafdım.
Paşa dedi:
- Nədi?
Dedi:
- Aynan, gündü. Əgər desə ki, aynan, gün döyül, demək bunun dediklərinin öyü
yoxdu, yalan danışır.
Aşıx Alı dedi:
- Paşa sağ olsun, indi ki, Yığval deyir yalandı, onda bu bağlamanı özüm
açajam, gör yalandı, yoxsa doğru.
Aldı görək Aşıx Alı öz bağlamasın nejə aşdı:

Deməginən bu sözdərim yalandı,
Ay, gün, Zümrüd zhu quşa büləndi
Zatı Zülcəlaldı, özü kəlamdı,
Peyğəmbərdən qaldı hədsi mötəbər.

Aşıx Alı dedi:
- Paşa sağ olsun, mən sənin aşığınnan o sözü xəvər aldım ki, Məhəmməd
peyğəmbər salavatüllahi Meraca gedəndə yeddinci göydə qavaxlarına iki qatar
dəvə çıxdı. Dedi:
- Ay Cəbrayıl, əylənək bu dəvə qatarının dalı üzülsün.
Dedi:
- Ya peyğəmbər, bu dəvə karvanının dalı üzülmüyəjək.
Dedi:
- Bə bu dəvələrin yükü nədi?
Dedi:
- Ya Rəsul Allah, bir qatarın yükü sənin möcüzatındı. O biri qatarın yükü də
Əlinin səxavətidi.
- Paşa sağ olsun, mən sənin aşığınnan iki qatar dəvəni iki quş mislində
soruşdum. O dedi: aydı, gündü; ay, gün olmasa, yalandı.
Aldı Aşıx Alı görək o biri xanədə nə dedi:

Mərifətdən şəriətə gəlmişəm,
Təriqətdə yol ərkanı bilmişəm.
Aşıx Alı deyər mətəl qalmışam,
Çarxı-dəvvarədə neçə elm var?

Paşa öz aşığına dedi:
- Aça bilmədin, nataraz oğlu, nataraz. Get mehmannarın paralarını gəti. Sən
soruya cavaf verə bilmədin, bağlandın. Onnardan aldığın paranın üstünə də bir o
qədər qoyuf bunnara qaytarmasan, dərinə saman təpərəm.
Yığval gəlif paraları gətirif artıxlamasınnan aşığa verdi. Paşa Öz aşığına təpindi
ki, get bir də gözümə görünmə. Paşa üzünü Alıya tutuf dedi:
- Oğul, qal mənim yanımda, aşığım ol. Sizə çox eyliy eliyərəm. Alı dedi:
- Sağ ol paşam, bizim ayrı mətləbimiz var. Aşıx Alı paşaynan halal-hümbət
eliyif ayrıldı.
Aşıx Duraxan yoldaşdarına tafşırmışdı ki, kim nə qazanır qazansın, yığılan
pulları bu çəmənnikdə mən özüm böləjəm. Gəldilər şəhərin kənarına çıxanda
gördülər ki, yoldaşdarının hamısı oraya yığılıf. Aşıx Duraxan bığlarını eşif
qulağına dolayannan sonra pulları tökdü ortalığa. Aşıx Duraxan pulları qardaş malı
kimi böldü, hər kəsin payını verənnən sonra dedi:
- Aşıx Alı, Allah sana min bərəkət versin. Həmişə gəlif hamımız burdan iki yüz
manat yığardıx, qalmışım o nətərəst oğlu əlimizdən alıf qaçırardı. Bu xeyri sənnən
gördük. Əgər iki ay bizdən sonra qayıdıf gəlsən toy xərcini çıxararsan.
Aşıx Alı baxıf gördü ki, onlar geri qayıtmax, vətənə getmək istiyillər.
Qalyan-qorçu Əsəd dedi:
- Aşıx Alı, aylığımı artırsan, mən sənin yanında qalajam. Qalyan-qorçuyu ayı
otuz manata tutuf gətimişdilər. Aşıx Alı dedi:
- Mən sana ayda əlli manat verəjəm.
Bunnar bir-birrərinnən görüşüf halal-hümmət eliyif ayrıldılar. Duraxanın
dəstəsi Şərur mahalına qayıtdı. Aşıx Alı qalyan-qorçu Əsədi yanına alıf üz tutdu Qars dağlarına tərəf. Sarıqamış dağlanın, yaylaxlarını görənnən sonra dedi:
- Əsəd, bura bizim yaylaxlara nə qədər bənziyir.
Bu yerdə Aşıx Alı köyrəlif, sazını köynəyinnən çıxartdı. Aldı görək nə dedi:

Süsənni-sünbüllü, tər bənövşəli,
Yaylax, bizim yaylaxlara bənzərsən.
İçən ölməz abi-kövsər suyunnan
Bulax, bizim bulaxlara bənzərsən.

Qalyan-qorçu Əsədin bu sözdərdən ruhu təlatümə gəldi. Vətən onun da yadına
düşdü. Özü də yaman düşdü. Doluxsunuf dedi:
- Aşıx Alı, doğrudan buralar Qızıl xərəvəyə, At daşına, Əyriciyə, Verst dağına,
Səlim yaylağına, Gəzəldəriyə nejə də oxşuyur.
Aşıx Alı baxdı kı, qalyan-qorçu Əsəd də yaman köyrəlif. Aldı sözün o biri
xanəsini:

Zərzivil, xan Keyti, Daşkət baxarı,
Ağ sürülər Sarı yaldan yuxarı.
Gözəllər seyr edər o yaylaxları,
Yaylax, bizim yaylaxlara bənzərsən.

Deyər Aşıx Alı daş Gözəldərə, 
Şəqayiq-çiçəkli xoş Gözəldərə.
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Oylax, bizim oylaxlara bənzərsən.

Söz tamama yetir. Bunnar yol başdıyıf getməkdə olsunnar. Birdən göyün üzü
dumannan, çisəkdən elə tutuldu ku, göz-gözü görmədi. Aşıx Alıynan qalyan-qorçu
Əsəd bir-birinnən aralı düşdü. Bir xeyli ora-bura döyükənnən sonra gördülər ki,
xoruz səsi gəlir. Elə bu arada Əsədin qavağına üç-dörd uşax çıxdı.
- Salam.
- Əleykümə salam.
- Əmi, aşıxsınızmı? Qalyan-qorçu Əsəd dedi:
- Hə, aşığıx.
- Əyər aşrxsınızsa, yazıxsınız, bu kəndə getmiyin. Bura Qullar-baydar kəndidi.
Əsmər xanım gəlif orda söhbət eliyir. Sizi görən kimi sazınızı əlinizdən alajax.
Əsəd dedi:
- Ayə, mən aşıx ha döyüləm. Özüm zarafat eliyirəm. Aşıx o daldan gələndi.
Aşıx Alı gəlif onnara çatdı. Soruşdu:
- Əsəd, bunnar nə deyillər?
Dedi:
- Aşıx Alı, deyillər kənddə sünnət toyu var. Dəllək gəlif, aşığın dalınca adam
göndəriflər. Özünüzü tez çatdırsanız, elə məclisi sizə tafşırardılar.
- Ayə, Əsəd, soruşdunmu bu hansı kənddi? Dedi:
- Soruşmuşam. Bura Qullar-baydar kəndidi.
Gəlhagəl, gəlhagəl axır ki, gəlif kəndə çatdılar. Baxdılar camaat dəstə-destə bir
tərəfə axışır. Soruşdular:
- Bu nə yığıncaxdı?
Dedilər ki, Əsmər xanım Dağıstannan gəlif. Camaat onun gözəlliyinə tamaşa
eləməyə, məlahətdi səsinə qulağ asmağa gedir. Aşıx Alı dedi:
- Əsəd, biz də gedək.
Gəlif gördülər ki, o qədər camaat yığılıf ki, bir çuval dan töksən biri də yerə
düşməz. Balaja, gödək adamlar uzunnara beş manat verif çıxıf onnarın çiyninnən
baxır.
Yığışannar Aşıx Alıyı görüf dedilər:
- Ayə, bir aşıx da gəldi, yol verin görək.
Camaat Aşıx Alıya yol verdi. Aşıx Alıynan qalyan-qorçu Əsəd məclisin
ortasına girdilər. Aşıx Alı dedi:
- Əsəd, aşıx aşığın məclisinə sazdı girməməlidi. Səhvə yol vermişik. Allah
axırını xeyir eləsin.
Aşıx Alı əlini köksünə qoyuf baş əydi.
- Xanım, bizi bağışda. Saznan məclisinizə gəldiyimizə görə günahkarıx.
Xanım dedi:
- Anama qurvan olasan, elə zarafatdar keşməz.
Aşıx Alı baxıf gördü kü, özü də xanımın başındakı qırx qızın içində bir qan da
var. Kankannıx elminin dədəsini yandırıf, yerin yeddi qatınnan xəvər verir.
Xanım dedi:
- Adam isdiyirəm ki, bu aşığı mənnən zamına götürsün.
Axşamın qara sərinində bunnan danışajam.
Mehdixan addı bir adam irəli çıxdı.
- Xanım, mən götürrəm zamına.
Dedi:
- Ünvanını de.
Mehdixan ünvanını yazıf ona verdi. Xanım dedi:
- Əgər aşıx qaçarsa, öyün dağılajax.Mehdixan Aşıx Alıynan Əsədi götürüf
öyünə getmək isdiyəndə xanım dedi:
- İki qız, əlinizdə simli qamçı bunnarı aparın Mehdixanın öyünə qoyun.
Axşamüstü gedif gətirərsiniz.
Əsəd qızdarın cavannığını, gözəlliyini görüf papağın dalını günortaladı. Aşıx
Alıya dedi:
- Aşıx, xudavəndi-aləm elə eləsin ki, bağlanmıyasan. Bir il beləjə gedək-gələk.
Qızdar bunnarı gətirif Mehdixanın öyünə qoydular.
Mehdixan dedi:
- Aşıx Alı, sən məni tanımırsan. Mən Qazax mahalınnanam. Adım Mehdixandı.
Düşmannı olduğumnan buraya addamışam. Bu çəpəl çox qabil sənətkardı, on
səkkiz şəyirdi var. Çox aşıxları bağlıyıf, sazını alıf. Sizin də sazınızı alajax.
Qalyan-qorçu Əsəd dedi:
- Qardaş, qurddan qorxan, qoyun saxlamaz. Bə bu bədbəxt oğlu kişinin əlinnən
qaşsın, arvadın əlinnən qaşsın, bə bu harda aşıxlığ eliyəjək?
Mehdixan dedi:
- Siz qaçın, qoy mənim öyümü dorq eləsin. Mən təzə öy alaram. Amma sizin
kimi eloğlularım bu qəriflikdə pisikməsin.
Elə təzəcə yeyif-içif kəmərin altını bərkitmişdilər ki, qızdar qapının ağzını
kəsdilər:
- Xanım sizi çağırır.
Mehdixan, Aşıx Alı, qalyan-qorçu Əsəd qızdarın yanına tüşüf məclisə gəldilər.
Gəlif gördülər ki, xanım şəhərin küçələrinə yazıf yapışdırıf ki, ay camahat, sizi
Göyçə mahalınnan, Qızılvəng kəndinnən gələn bir aşığın vay gününə baxmağa
çağırıram. Hamı gəlif baxsın.
Xanım Aşıx Alıyı yanına çağırıf dedi ki, gəl belə bir şərt kəsək. Əyər mən səni
bağlasam, boynunu vurdurajam, zindana saldırajam, dar ağacınnan asdırajam, o
mənim işimdi. Və sən məni bağlasan, şərtin nə olajax?
- Xanım, birinci mənim sənin şərtinnən qorxum yoxdu. İkinci camahatdan da,
sənnən də xahiş eliyirəm ki, bizi bağışdıyasınız.
Biz günahkarıx. Çünki aşıx aşığın üstünə sazdı getməz.
Əsmər xanım dedi:
- Anama qurvan olasan, aşıx. Heş bir bağışdamax olmuyajax.
Qavağa mən düşəjəm. Cavaf verə bilməsən, Göyçüyə nə ismarışın varsa,
indidən bu yanındakına söylə.
Aldı görək Əsmər xanım nə dedi:

Bir qəriv aşıxsan düşüf güzarın,
Nahax yerə bu sınağa gəlifsən.
Neçə aşıxları salmışam bəndə,
Hamısına son sadağa gəlifsən.

Aşıx Alı dedi:
- Xanım, gəlmişəm bir, qayıdım gedim iki. Mənim sənnən bir qəsdi-qərəzdiyim
yoxdu. Boynumu vurduruf, nə qazanajaxsan? Kasıv oğlanam, qoy gedim bir təhəri
başımı saxlıyım.
Xanım dedi:
- Sözə cavaf verirsən, ver, verə bilmirsən, əmr eliyim boynunu vuruf, canını bu
dünyanın əzavınnan birdəfəlik qurtarsınnar.
Aşıx Alı dedi:
- Xanım, deyəsən sənin qavağınnan qaşdıxca ayağın yaman yer alır. Sən mənim
yox, heç Göyçəli bir çovanın da əlinnən saz ala bilməzsən. Arvadsan deyə səni
biyavır eləmək istəmədim. İndi özünnən küs.

 

(IV hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR