Dərc edildi: Baxış sayı: 578
Aşıq Alı - Aranı tez-tez
Gəldi yaz ayları, yaylaq çağıdı,
Ellər tərk eyləyir aranı tez-tez.
Aralansa sərin hax dərgahından,
Sədaqət qısaldar aranı tez-tez.
Gərdişə nəs anı sayalar, keçər,
Yardan yara alsan, sayalar, keçər.
Gələr allı-şallı, sayalar keçər,
Aşiq qeyrət çəkər, ar anı tez-tez.
Neçə ayə gəldi, yazıda yandı,
Qışı atəşləndi, yazı da yandı.
Alı yay ağladı, yazı dayandı,
İndi yad eləyir aranı tez-tez.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət