Slimfit
  1. BİOQRAFİYA

Aşıq Alı

Aşıq Alı
Sakura

Haqverdiyev Alı Mirzə oğlu - XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri

Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində dünyaya gəlib. 16-17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur. Bir başqa rəvayətə görə aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilmiş, Ələsgər isə sazı götürməyib "Bir şəyird ki ustadına kəm baxar, Onun gözlərinə ağ damar, damar" demişdir. Aşıq Alı Azərbaycan aşıq şeri tarixində Aşıq Ələsgərin ustadı kimi tanınsa da, onun özü də çox azman ruhlu, coşqun təbli sənət fədaisi imiş. Ustadı Aşıq Allahverdi (Ağ Aşıq) də onu bütün şagirdlərindən daha artıq, öz oğlu kimi sevirmiş.

Aşıq Alı Türkiyə (Şərqi Anadolu) səfəri zamanı Yığval (İqbal) və Zəki kimi tanınmış saz-söz sənətkarları ilə deyişərək, onları bağlayıbmış. Qayıdarkən səfər yoldaşı, ustad Aşıq Duraxandan ayrılan Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar adlı kəndə gəlir və orada Əsmər xanımla deyişib, onu da bağlayır. Əsmər xanım Alıya "böyük nəmər" (pul və hədiyyə) verərək onunla evlənməyi təklif edir. Lakin Aşıq Alı ilqarından dönmür.

Aşıq Alının Türkiyə səfəri, bu səfər zamanı oradakı aşıqlarla deyişməsi "Aşıq Alının Türkiyə səfəri", Əsmər xanımla münasibətləri isə "Aşıq Alı və Əsmər" adlı xalq hekayələrində öz əksini tapıb.

Aşıq Alının bütün şeirləri külliyyat halında hələ də çap olunmayıb, ancaq ayrı-ayrı şeirləri işıq üzü görüb.

Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində şeirlər yazmışdır. O, 1911-ci ildə elə anadan olduğu kənddə dünyasını dəyişmişdir.

Aşıq Alı-210

28 fevral 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev sarayında Aşıq Alının anadan olmasının 210 illiyinə həsr olunmuş "Mahalım Göyçədir, Əslim Qızılvəng" adlı yubiley konserti keçirilmişdir.

 
 

Əsərləri

  • Aşıq Alı. Şerlər. Bakı: "Azərnəşr", 1975, (Toplayanı: Hüseyn Hüseynzadə).
  • Aşıq Alı. Şerlər. Bakı: "Yazıçı", 1982, (Toplayanı: Əli Əbülhəsənoğlu Milli).
  • Aşıq Alı. Təcnislər. Bakı: "Azərnəşr", 1995, (Toplayanı: Əli Əbülhəsənoğlu Milli).
  • Aşıq Alı. Əsərləri. Bakı: "Avrasiya Press", 2006, 192 səh. (Tərtib edəni:Hüseyn İsmayılov).
  • Aşıq Alı. Əsərləri.  Bakı: "OL" MMC, 2013, 348 səh. (Tərtib edəni: Qabil Zimistanoğlu).

Qoşmaları

Dodaqdəyməz qoşmalar

Gəraylıları

Təcnislər

Dodaqdəyməz təcnislər

Dodaqdəyməz cığalı təcnislər

Divaniləri

Müxəmməslər

Qəzəl

Dastanları

Deyişmələri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR