Dərc edildi: Baxış sayı: 652
Aşıq Abbas Tufarqanlı - Gecə-gündüz qan ağlaram
Gecə-gündüz qan ağlaram,
Mənimki ah-zarınandı.
Mən yarı bivəfa gördüm,
Qol-boyun əğyarınandı.
Sallaiıb gəl bizə, gəlin,
Ağ üzündə siyah telin,
Bülbül çox istəyir gülün,
Gülün meyli xarınandı.
Boynuna salmısan bağı,
Sinəmə çəkmisən dağı,
Abbasın şəfa tapmağı
Qoynundakı narınnandı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət