Dərc edildi: Baxış sayı: 549
Aşıq Abbas Tufarqanlı - Gecə-gündüz fəğandayam
Gecə-gündüz fəğandayam,
Mənəm eşqin natavanı.
Taladaram mahalları,
Boş qoyaram bu meydanı.
Bilmirsənmi haralıyam?
Ağlı, göylü, qaralıyam.
Yüz yerimdən yaralıyam,
Sinəmdə zənbur nişanı.
Hökmünlə yazdım fərmanı,
Kim eylər dərdə dərmanı,
Pəriyəm, şahın qurbanı,
Abbassız istəməm canı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət