Dərc edildi: Baxış sayı: 595
Aşıq Abbas Tufarqanlı - Deyiləm
Nə baxırsan gözü qanlı haramı?
Sən deyən günahkar ha mən deyiləm!
Hər şəhərin bir adı, bir sanı var,
Mən Misir şəhriyəm, Yəmən deyiləm!
Yarm qapısmda yüz qan eylədim,
Əl uzatdım, çəkdim, üz qan eylədim,
Bir könülə dəydim, yüz qan eylədim,
Daha bir kəsinən yaman deyiləm.
Abbas ağlar, libasmı soydular,
Zülm eyləyib qönçə gülün dərdilər,
Hərcayılar qaş oynadıb güldülər,
Eylə deyil yarım, həmən deyiləm!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət