Dərc edildi: Baxış sayı: 629
Aşıq Abbas Tufarqanlı - Ayrıldım
Ay ariflər, qanlı fələk cəbrindən,
Qohumdan, qardaşdan, eldən ayrıldım.
Fərhad kimi çəkdim Şirin qəhrini,
Cığa pərvaz etdi, teldən ayrıldım.
Bir canım var, yar yolunda sadağa,
Bal bülənib dilə, dişə, dodağa,
Nə müddətdi bağban idim bu bağa,
Dərmədim qönçəsin, güldən ayrıldım.
Abbas deyər: yar ayrısı yamandı,
Heç kəsə göstərmə, Allah amandı!
Qınamayın, əlif qəddim kamandı.
Dodaq qaymaq, dili baldan ayrıldım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət