Slimfit
  1. AZƏRBAYCAN

Asim Mollazadə: Azərbaycanın yarışlara ev sahibliyi etməsi onları qıcıqlandırır

Asim Mollazadə: Azərbaycanın yarışlara ev sahibliyi etməsi onları qıcıqlandırır
Sakura

Asim Mollazadə: Azərbaycanın yarışlara ev sahibliyi etməsi onları qıcıqlandırır

 

Yüksək səviyyəli, nüfuzlu beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının Azərbaycana salınması, ölkəmizdə keçirilməsinə razılıq verilməsi Azərbaycana olan hörmətin, etibarın və etimadın nəticəsi, göstəricisidir. Bu, həm də Azərbaycanın gündən-günə beynəlxalq aləmdə, o cümlədən, dünya idman ictimaiyyəti arasında nüfuzunun, çəkisinin artmasının bariz nümunəsidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Deputat qeyd edib ki, Azərbaycan bu cür beynəlxalq, yüksək səviyyəli idman yarışlarını çox uğurlu şəkildə təşkil etməklə, əslində, dünyaya öz mesajlarını çatdırır.

Onun sözlərinə görə, bu, həm də Azərbaycanın bacarığının, inkişafının müəyyən dərəcədə nümayiş formasıdır.

“Bildiyiniz kimi, Azərbaycan bu günə qədər Birinci Avropa Oyunlarını, Dördüncü İslamiadanı, bir sıra idman növləri üzrə dünya və Avropa çempionatlarını çox gözəl səviyyədə təşkil edib. Bunlar da elə-belə baş verməyib.

Azərbaycanda, xüsusilə, son bir neçə ildə idman yarışlarının keçirilməsi üçün müvafiq stadionlar, idman sarayları, olimpiya kompleksləri inşa edilib və bu yöndə işlər davam etdirilməkdədir. Bu, bütövlükdə Azərbaycan üçün yaxşı bir təcrübədir və özünü dünyaya tanıtmaq üçün gözəl bir imkandır.

Bu baxımdan, UEFA Avropa Liqasının final qarşılaşması da, əminəm ki, digər nüfuzlu idman yarışları kimi uğurla keçiriləcək, təşkil ediləcək. Ancaq o da var ki, hər idman yarışı öncəsi və ərəfəsində Azərbaycanı sevməyən qüvvələr ölkəmizə qarşı kampaniyaya başlayırlar. Yəni Azərbaycanın belə yarışlara uğurla ev sahibliyi etməsi onları açıq-aşkar qıcıqlandırır.

Onlar hər bir böyük, nüfuzlu yarış öncəsində hansısa təxribatlar hazırlayırlar. Ancaq sonda uğursuzluğa düçar olurlar. Bu, bir daha onu göstərir ki, hər bir uğurla keçirilən yarış Azərbaycan üçün önəmlidir, Azərbaycanı dünyaya tanıtdırmaq üçün mühüm bir vasitədir.

Məhz buna görə də düşmənlər əsəbiləşirlər, qıcıqlanırlar”, - deyə A.Mollazadə əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR