Slimfit
  1. AZƏRBAYCANLI

Asəf Zeynallı – Azərbaycan musiqisində romansların banisi

Asəf Zeynallı – Azərbaycan musiqisində romansların banisi
Sakura

Azərbaycan bəstəkarı və pedaqoqu (1909-1932).

Violençilist idi. İlk romansların, fortepiano və skripka miniatürlərinin, simfonik əsərlərin ilk nümunələrinin yaradıcısı olan A.Zeynallı  "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

Beləcə, Asəf Zeynallı - cəmi 23 yaşında olarkən yaradıcılığının inkişaf etdiyi bir dövrdə, bu ağır xəstəlikdən vəfat etmişdir. 

Fortepiano, violonçel və skripka üçün “Laylalar”ın da müəllifidir. Bu istedadlı  gənc musiqiçi Azərbaycan  musiqisindəki bir çox janrın təməllərini inkişaf etdirdi.

Onun "Vətən", "Sual", "Çadra", "Seyran" və digər romansları xalq arasında böyük şöhrət qazandı. Ə.Zeynallı Cəfər Cabbarlının  “Sevil” və “Qayıdış”, X. Nəzərli və S. Rüstəmin “Atəş”, A. Həmidin “Hind qızı”, V.Kirşonun Türk fəhlə teatrında səhnəyə qoyulan  “Küləklər şəhəri” dram əsərlərinə musiqi bəstələmişdir. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

İndi isə gözəl musiqini sevənlər üçün əsl musiqi təqdim edirik.

Mənbə: moltes moltes

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR