Slimfit
  1. PSİXOLOGİYA

Asanlıqla manipulyasiya edilən kişilər qadınlar üçün cəlbedici olmurlar

Asanlıqla manipulyasiya edilən kişilər qadınlar üçün cəlbedici olmurlar
Sakura

Asanlıqla manipulyasiya edilən kişilər qadınlar üçün cəlbedici olmurlar

Bir neçə adamın arasından manipulyasiya* olunmağa daha uyğun olanı həm kişilər, həm də qadınlar eyni dərəcədə müəyyən edə bilərlər. Bəs zərif cinsin nümayəndələri bu məlumatla adətən nə edir? Böyük Britaniya alimləri cavab tapıblar.

*Manipulyasiya — idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması  prosesidir.

Ens.az xəbər verir ki, Brunel Universitetinin tədqiqatçıları təsdiqləyiblər: Gələcək tərəfdaşını manipulyasiya etməyin asan olacağını aşkar edəndə kişi və qadının reaksiyası fərqli olur, "Evolutionary Behavioral Sciences" dərgisi yazır. Sosial tədqiqatlar göstərir ki, kişilər ümumiyyətlə daha "asan şikar" tapmaqda maraqlıdırlar

Bənzər bir eksperimentdə alimlər 151 qız tələbəyə 110 oğlanın şəkillərini göstəriblər. Onların bəziləri daha zəif və flirt etməyə ( Flirt — potensial seksual tərəfdaşın diqqətini cəlb edən davranış tərzi ) hazır görünürdü - yuxulu, utancaq, gənc, işvəli, sərxoş vəziyyətində olurdular və sair. Digərləri daha az.

Tədqiqatçılar respondent qızlardan oğlanların hansının bir gecə ortağı olaraq daha cəlbedici olduğu barədə, yaxud onlardan kiminlə münasibət qurmaq istədiklərini soruşublar. Ayrıca qızlardan, şəkildəki kişilərdən hansını aldatmaq, başdan çıxarmaq və ya öz tamahlar məqsədləri üçün "əyməyin" daha asan olacağını təxmin etməyi xahiş ediblər.

Respondentlər üçün sonuncuları müəyyənləşdirməkdə problem yaranmayıb. Alkoqol sərxoşluğunun və ya çox gənc olmanın manipulyasiya üçün əsas şərt ola biləcəyini qeyd ediblər. Ancaq tələbələr uzun müddətli perspektivdə münasibət üçün bu cür namizədləri yanlarında görmək istəmirdilər. Şəkillərdə flirt və emosionallığa meyl göstərən oğlanlar ilə isə birlikdə bir gecə keçirərdilər. Ciddi münasibətlər üçün ən münasib olanlar qismində isə onlar zəif görünməyən və yaxşı sağlamlıq nümayiş etdirənləri seçiblər.

Gender əsaslı davranış strategiyalarının incəliklərini tam başa düşmək üçün mütəxəssislərin daha çox araşdırmaya ehtiyacı var. Bununla birlikdə, qadınların manipulyasiya üçün obyektləri və ciddi əlaqələr qurmaq istədiklərini fərqləndirdiklərini artıq deyə bilərik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR