Dərc edildi: Baxış sayı: 855
“ASAN Xidmət”də təmizliyə 2 milyon manat xərclənəcək
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) bu il Bakıdakı 4 və 5 saylı, eləcə də Quba, Qəbələ, Bərdə, Tovuz, Şamaxı, Kürdəmir, Balakən və Ağcabədi regional “ASAN Xidmət” mərkəzlərində təmizlik işlərinin görülməsinə 1 837 295 manat xərcləyəcək.
“Report” xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi açıq tenderlərin qalibləri “Super Servis”, “Servis Xidməti” və “Parlaq Məkan” MMC-lər olub.
Qalib şirkətlərə müvafiq olaraq 241 200 manat, 693 347 manat və 902 748 manat ödəniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət