Slimfit
  1. AZƏRBAYCAN

"ASAN xidmət" modeli 8 ölkədə tətbiq olunacaq

"ASAN xidmət" modeli 8 ölkədə tətbiq olunacaq
Sakura

"ASAN xidmət" modeli 8 ölkədə tətbiq olunacaq

“ASAN xidmət” modeli 8 ölkədə implementasiya olunacaq.

Femida.az -ın xəbərinə görə, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının təqdimat mərasimində çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bu konsept 2015-ci ildə BMT dövlət xidmətləri forumunda dövlət xidmətinin çatdırılması kateqoriyasında 1-сi yerə layiq görülüb və bütün BMT-nin üzv ölkələrinə bu modelin tətbiqi tövsiyə olunub.

"Bunun nəticəsində 8 ölkədə “ASAN xidmət” modelinin implementasiya ilə bağlı işlər gedir və bununla bağlı beynəlxalq sazişlər bağlanıb", - deyə Ü. Mehdiyev bildirib.

O həmçinin qeyd edib ki, cari ilin iyun ayında BMT-nin Dövlət Xidmətləri Forumu Bakıda keçiriləcək. Bu, BMT-nin baş qərargahı tərəfindən Bakıda Agentliklə birgə keçiriləcək ilk tədbirdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR