“ASAN xidmət” mərkəzlərində işləmək istəyən vətəndaşların nəzərinə!
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, 2019-cu il ərzində Bakı şəhərində və bölgələrdə, ümumilikdə 6 yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən, yeni açılacaq Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən və 6 saylı Bakı “ASAN xidmət” mərkəzlərində olan vakant inzibati vəzifələr üzrə elan yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Dövlət Agentliyinin (www.vxsida.gov.az) internet saytlarında yerləşdiriləcək.
Elan olunacaq vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun olan vətəndaşlar müraciət edə bilərlər.
Müsahibəyə hazırlaşarkən Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilən müsahibə proqramından istifadə olunması tövsiyə edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət