Slimfit
  1. MƏTBƏX

Asan üsulla hazırlanan qoğal: Usta öz sirlərini açır

Asan üsulla hazırlanan qoğal: Usta öz sirlərini açır
Sakura

Asan üsulla hazırlanan qoğal: Usta öz sirlərini açır

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla tək yuxa ilə, asan üsulla hazırlanan şorqoğalı resepti ilə tanış edəcəyik.

Xəmiri üçün: 600 qr un, 30 qr yağ, 8 qr yaş maya, 1 çay qaşığı duz, 380 ml ilıq su.

İçliyi üçün: 250 qr quyruq ( əridilir və cızdağı, yağının dibini götürüb blenderdən keçiririk). 1 stəkan un, 50 qr kərə yağı, 1 xörək qaşığı cızdaq, 1 çay qaşığı cirə, 1 çay qaşığı keşniş toxumu, 1 çay qaşığı razyana, 1/2 çay qaşığı sarıkök, 1/3 zəncəfil, 1/3 çay qaşığı qara istiot, 1/3 çay qaşığı cövüz, 1 çay qaşığı duz.

Ara qatları üçün: 80 qr kərə yağı, 80 qr cızdaq, 1/3 çay qaşığı duz, 1 çay qaşığı cirə, 1 çay qaşığı razyana, 1/3 çay qaşığı zəncəfil, 1/4 çay qaşığı qara istiot, 1/4 sarıkök, 1/3 çay qaşığı cövüz.

Üzəri üçün: 1 yumurta, 1 çay qaşığı xaş-xaş.

Hazırlanması:

Quyruğu tikə şəkilində doğrayıb qazana yığırıq və üzərinə bir az su töküb ocağa yerləşdiririk. Qaynara düşəndə isə duz və sarıkök əlavə edib qovururuq. Sonra sudan yığıb kənara qoyuruq. Xəmiri hazırlamaq üçün, ləyənə un, duz, kərə yağı, maya və su töküb xəmir yoğururuq. Üzərini örtüb mayalanması üçün kənarda saxlayırıq. Xəmir mayalanana qədər isə içlik hazırlayırıq. İçlik üçün qaba un, cirə, keşniş toxumu, razyana, sarıkök, zəncəfil, qara istiot və cövüz əlavə edib qarışdırırıq. Sonra duz və yağ əlavə edib ovuruq. Daha sonra qovurduğumuz quyruğu blenderdən keçiririk və 1 qaşıq içliyə əlavə edib qarışdırırıq. İçlik hazır olduqda isə kənara qoyub ara qatlar üçün yağı hazırlayırıq. Bunun üçün qazana kərə yağı, quyruq yağı əlavə edib ocağa qoyuruq. Yağ əridikdən sonra içərisinə sarıkök, duz, cirə, razyana, zəncəfil, qara istiot, cövüz əlavə edib qarışdırırıq. Sonra mayalanmış xəmiri kündələrə bölürük. Kündələri 15 dəqiqə saxladıqdan sonra oxlovla açırıq. İçərisinə hazırladığımız yağı çəkib, içlik əlavə edirik və rulet şəklində bükürük. Daha sonra iki hissəyə bölüb, xəmiri büküb spiral şəkildə bururuq. Sonra istədiyimiz ölçüdə kəsib bir az yastılayırıq. Daha sonra soba listinə düzüb üzərinə yumurta çəkirik və küncüd səpib sobaya yerləşdiririk. 200 dərəcəli sobada 25 dəqiqə bişdikdən sonra çıxarırıq.

Nuş olsun!

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR