Slimfit
  1. AZƏRBAYCAN

Asan İmza dünyada ilk mobil rezidentlik layihəsi oldu

Asan İmza dünyada ilk mobil rezidentlik layihəsi oldu
Sakura

Asan İmza dünyada ilk mobil rezidentlik layihəsi oldu

Azərbaycan - Rəqəmsal Azərbaycanda biznesin aparılması məqsədilə digər ölkələrin vətəndaşları üçün rəqəmsal mobil və elektron identiteti təqdim edən elektron və mobil rezidentlik layihəsini tətbiq etdi.

Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin 2017-ci il 12 sentyabr tarixli Fərmanına əsasən bütün dünya üzrə ölkəmizin diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycanda biznes qurmaq arzusunda olan və ya ölkə iqtisadiyyatına investisiya qoymaq istəyən dünya üzrə bütün əcnəbilərə “Asan İmza” mobil elektron imzanın elektron sertifikatlarını təqdim etmə səlahiyyətlərinə malikdirlər.

Estoniyanın aparıcı dövri nəşri olan “Postimees” - “Azərbaycan dünyada elektron rezidentlik layihəsini (e- Residency) tətbiq edən ikinci və mobil rezidentlik layihəsini təqdim edən ilk ölkə olmuşdur” adlı məqalə çap etmişdir. Məqalədə Azərbaycanın X-Road texnologiyası və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub) bazası əsasında elektron hökumət platformasına əsaslanan Rəqəmsal Dövlətin qurulmasındakı müsbət məqamları və nailiyyətləri qeyd edilmişdir. Həmçinin o da vurğulanmışdır ki, yaradılan “Made in Azerbaijan” - “Asan İmza” (Estoniyanın Mobiil-ID-nə analoji olan) texnologiyasına əsasən bugünkü gündə Azərbaycanda 600-dən çox elektron xidmət əlyetərlidir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı konsepsiyasının reallaşdırılması sahəsində isə bütün milli ixrac və idxal prosedurları kağızsız olacaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR