Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Arzusu qalib əsgər kimi qayıtmaq olan şəhid Rəşad Ələkbərov

Arzusu qalib əsgər kimi qayıtmaq olan şəhid Rəşad Ələkbərov
Sakura

Arzusu qalib əsgər kimi qayıtmaq olan şəhid Rəşad Ələkbərov

Anası ilə eyni gündə doğulan, 23 il ad günlərini birgə qeyd edən, ailənin yeganə övladı olan 23 yaşlı şəhid Rəşad Ələkbərov anasının bütün israrlarına baxmayaraq, könüllü olaraq müharibəyə gedib.

Ens.az xəbər verirki,bunu Trend-ə şəhid Rəşad Ələkbərovun dayısı Faiq Ələkbərov deyib.

Onun sözlrinə görə, Rəşad Tovuz hadisələrindən sonra Gəncə şəhəri Kəpəz rayon hərbi komissarlığına gedərək qeydiyyatdan keçib. Vətən Müharibəsi başlayan kimi yenidən hərbi komissarlığa gedir və müharibədə iştirak etmək üçün müraciət edib:

"Rəşad ailənin tək oğul övladı olmasına baxmayaraq ön cəbhəyə getməkdən heç cür çəkinməyib, özü bunu israr edib. Baxmayaraq ki, onun ailənin tək övladı olduğu üçün birbaşa ön cəbhəyə, Qarabağ cəbhəsinə yox, Qazaxa, Tovuza, cəbhədən kənar yerlərdə xidmət etmək şansı olub, ailənin tək övladı kimi o bu şansdan yararlana bilərdi. Amma bütün hallarda ön cəbhəyə getmək, düşmənlə qaynar döyüş nöqtələrində döyüşmək istəyib. Rəşad evin tək övladı olduğu üçün anası ona deyib ki, mənim səndən başqa dayağım yoxdu, sən müharibəyə getsən mənə kim həyan olacaq? Rəşad da anasına deyib ki, yaxşı, mən getməyim, sən getmə, başqaları getməsin, bəs, onda kim bu vətəni, bu milləti qorusun, torpaqlarımızı işğaldan azad etsin".

F.Ələkbərov əlavə edib ki, Rəşad Füzulidə, Hadrutda, Xocavənddə, Daşaltı, Şuşa və Xankəndindəki döyüşlərdə qəhrəmanlıqla döyüşüb, bu şəhərlərimizin və sıra kəndlərimizin işğaldan azad edilməsində fədakarlıqlar göstərib. Oktyabrın əvvəllərindən şəhid olana qədər 1 aydan çox müharibədə iştirak edib, Hadrutun, Xocavəndin, Xocalının kəndlərinin alınması üçün fədakarlıqla vuruşub. Rəşad Şuşa döyüşlərində yaxından iştirak edib və Şuşanın azad olunub, ordumuz Laçın istiqamətində irəliləyərkən baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub:

"Sonuncu dəfə əlaqə saxlayıb dayısı Fazil, bibimiz oğlu Mahir ilə telefonla danışarkən deyib ki, Xankəndinin bir addımlığındayıq, Xankəndi də Gədəbəy kimi gözəl bir yerdir. Onunla bağlı məlumat noyabrın 7-də axşam tərəfi alınıb. Amma 8-9 noyabr tarixində ondan heç bir xəbər gəlmədi. Bilirik ki, noyabrın 7-də, 8-də ordumuz Şuşada idi, döyüşlər artıq Xankəndi və Laçın istiqamətində gedirdi. Sadəcə, noyabrın 8-də təmizləmə əməliyyatı başa çatdıqdan sonra Şuşanın işğaldan azad olunmasını dövlət başçısı elan etdi. Biz ayın 7-dən sonra ondan heç bir məlumat ala bilmədiyimiz üçün güman edirdik ki, Rəşad noyabrın ya 8-də, ya da 9-da şəhid olub. Rəşadın şəhid olması xəbərini noyabrın 11-də eşitdik. Onu noyabrın 12-də Gəncənin Şəhidlər Xiyabanında dəfn etdik. Onun arzusu bu idi ki, torpaqlarımızı azad edib, qalib əsgər kimi geri qayıtsın, amma o, bir şəhid kimi qayıtdı..".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR