Arzuolunmaz ifadə - Made in China
Çin məhsuluna dünyanın hər yerində rast gəlmək mümkündür. Amma indi “Made in China” (Çində istehsal olunub) qədər arzuolunmayan ifadə yoxdur.
Bizimyol.info xəbər verir ki, müştərilər Asiya dövlətinin istehsal etdiyi məhsullardan uzaq dayanmağa çalışır. Türkiyənin SHOW TV telekanalının reportajında da bu haqda danışılıb. İstanbulun Eminönü səmtindəki mağaza sahibləri ilə söhbətləşən müxbirlər koronavirusun onları çətin vəziyyətə saldığını üzə çıxarıb. Ticarətçilər Çin istehsalı olan məhsulları sata bilmir. Müştərilər istehsalçı ölkəni mütləq müəyyənləşdirməyə çalışırlar. “Made in China” ifadəsi bütün hallarda işləri korlayır. Məhsulun Çindən gəldiyini öyrənincə hər kəs üz çevirib gedir.
Telekanalın başqa bir reportajında Türkiyəyə gətirilən günəbaxan tumu haqda danışılıb. Məlumdur ki, xammalın böyük hissəsi Çindən gəlir. Buna görə də xeyli mal gömrükdən ölkəyə buraxılmır. Müştərilər də günəbaxan tumundan uzaq qaçmağa başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət