Slimfit
  1. TARİX

Arxeoloqlar mağarada 20 min il yaşı olan sirli artefakt aşkar ediblər

Arxeoloqlar mağarada  20 min il yaşı olan  sirli  artefakt  aşkar ediblər
Sakura

Alimlər daşdan hazırlanmış bir çox artefakta rast gəliblər

Ens.az bildirir ki,Vyetnam arxeoloqları Ba Be Milli Parkında (Bak Kan əyalətinin şimal-şərqində) mağaraları araşdırıblar və  qədim insanların çoxsaylı izlərini aşkar ediblər.  Vyetnam Plus portalının yazdığına əsasən, tapıntılar arasında təxminən 20 min il əvvələ aid, təyinatı bəlli olmayan  artefaktlar var.

 Vyetnam Sosial Elmlər Akademiyası Arxeologiya İnstitutunun rəsmilərinin verdiyi məlumata görə, Wa Ve gölü bölgəsində yerləşən karst mağaralarında erkən insanların mövcudluğunu göstərən qədim əsərlər tapılmışdır.  Xüsusilə alimlər Tham Miya, Ba Kua, Na Phonq, Qmina Mau və Tham Kit mağaralarını araşdıraraq sonuncuda daha çox əsər tapıblar.

 "Çox sayda daş artefaktlarla qarşılaşdıq. Qalınlığı 50 santimetr olan mədəni təbəqədə yaşı 20 000 ilə çatan 50-dən çox daş alət var idi. Diqqəti xüsusilə təyinatı hələ də sirr olan qəribə bir əsər - diametri 12 mm olan iki çuxurlu düz  çınqıl cəlb etdi, " deyə Vyetnam arxeoloqları qeyd ediblər.

 İlkin təhlil göstərdi ki, artefakt çox diqqətlə hazırlanıb - onu yaradan qədim insan hətta dəliklərin  bərabər ölçüdə açılmasına da ciddi diqqət yetirib.  İki dəliyi olan daşın təxmini olsa da  hansı funksiya yerinə yetirdiyi hələ də məlum deyil.

Mənbə: lenta.ua

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR