Dərc edildi: Baxış sayı: 705
Arxeoloqlar Çində “dirilik suyu” tapdılar
Qədim zamanlarda insanların “dirilik suyu” ilə ömrü uzatmaq və ya əbədi yaşamaq mümkün olmasına inamı vardı. Çində arxeoloqların yeni tapıntısı bu baxımdan maraqlıdır.
Bizimyol.info xəbər verir ki, Xenan vilayətində 3,5 litr “dirilik suyu” tapıblar. Arxeoloqlar bürünc dolçada olan mayeni Loyan şəhərindəki zadəgan ailənin sərdabəsində aşkar ediblər.
Araşdırma göstərib ki, “dirilik suyu” sadəcə spirtli içkidir. Tərkibində alunit və kalium nitrat var. “Dirilik suyu” haqqında, adətən, qədim daos yazılarında danışılırdı. Qərbi Xan hakimiyyəti dövründə həmin maye məhz bu tərkiblə hazırlanırdı.
Arxeoloqlar 210 kvadrat metrlik ərazidə həm də misdən və yüngül metallardan hazırlanmış əl işləri tapılıb. Sərdabənin kimə məxsus olması məlum deyil. Ehtimal olunur ki, sahibi qədim Çində tanınmış adam sayılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət