Arxeoloji qazıntılar zamanı tarixi əsərlər ortaya çıxdı
Slovakiyanın Filakovo şəhəri qalasında aparılan arxeoloji qazıntılar zamanı Osmanlı imperatorluğu dövrünə aid əsərlər ortaya çıxıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, keçmiş dövrlərdə Osmanlı imperatorluğunun parçası olan şəhərin qalasında edilən qazıntı işlərində 16-cı və 17-ci əsrlərə aid müxtəlif tarixi əsərlər ortaya çıxıb.
Qala muzeyinin müdiri Viktoria Tittanova mətbuat konfransı təşkil edərək qalanın dörd hissəsində həyata keçirilən qazıntı işlərində müxtəlif seramika parçaları, gümüş pullar və bıçaqların gün üzünə çıxarıldığını bildirib.
Tittanova qazıntı işləri zamanı tapılan ən qəribə qalıntının gildən hazırlanmış, şiə məzhəbinə aid olan “namaz daşı” olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət