Dərc edildi: Baxış sayı: 383
Arutunyan Xankəndidə qızına toy etdi
Qarabağ separatçılarının başçısı Araik Arutunyan dünən Xankəndidə böyük qızına toy edib.
Ens.Az BAKU TV-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazır.
Məlumata görə, separatçıların rəhbəri qızının toyunu çox dar çərçivədə edib.
Mərasimdə yalnız bəy və gəlinin yaxın qohumları, dostları və Araik Arutunyanın ətrafındakı ən yaxın separatçılar iştirak ediblər.
Tədbirin təmtəraqsız keçirildiyi bildirilib. Buna səbəb kimi, Araikin Qarabağdakı vəziyyətə görə böyük səs-küy salmamağa çalışdığı vurğulanıb.
"Joxovurd" qeyd edir ki, bəy Xocalı rayonunun ermənilər yaşayan Təzəbinə kəndindəndir.
Onun Araik Arutunyanın qızının tələbə yoldaşı olduğu bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət