Dərc edildi: Baxış sayı: 677
Artur Rəsizadənin qərarı ləğv edildi
Nazirlər Kabineti “Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 23 nömrəli qərarını ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” qərarı keçmiş baş nazir Artur Rəsizadə imzalamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət