Dərc edildi: Baxış sayı: 653
Artroz xəstələri bu qidadan imtina etməlidir – Xəstəliyi kəskinləşdirir
Amerikanın Corc Vaşinqton Universitetinin alimləri təsdiq edib ki, revmatoid artrit və artroz xəstələrinin tərəvəz və paxlalılardan ibarət menyuya keçməsi ağrı və iltihabı azaldır.
Medicina.az xəbər verir ki, hazırda bu xəstəliklər çox yayılır və immun sistem özü oynaq ətrafı toxumaların hüceyrələrinə hücum edir. İltihab onu dağıdır, qığırdaqlar zəifləyir.
Alimlər qidalanma ilə bu xəstəliyin kəskinləşməsi arasında əlaqəni araşdırıb.
Xəstələr qırmızı ət və ət məhsullarını menyudan tamam çıxarsalar və ya ayda bir iki dəfə yesələr, daha çox tərəvəz, paxlalı qidalar, salatlar qəbul etsə iltihab markerini azaldır, C reaktiv zülalı salır, oynaqların dağılmasını zəiflədir, ağrını götürür.
Təcrübə göstərib ki, cəmi 5 həftə vegeterian qidalama səhərlər oynaqlarda ağrı, şişkinliyi xeyli azaldır.
Mənbə: Medicina.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət