Dərc edildi: Baxış sayı: 451
Artıq Rusiya Ukraynaya gəlin kimi baxmır - Kravçuk
Rusiya-Ukrayna münasibətlərində müsbət tendensiya yaranır.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk deyib.
Onun sözlərinə görə, münasibətlərdə yaxşılaşma Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenskini dinləməyə başlamasından sonra baş verib.
“Putin Poroşenko ilə ünsiyyətdə olmaq istəmirdi, ancaq Zelenski ilə onların dialoqu var. İndi isə əvvəlcə ölkələr pəncərələri, sonra qapıları bir-birinin üzünə açmalı və dialoq aparmalıdır. Rusiya Ukraynaya gəlin kimi deyil, dövlət olaraq baxmağa başladı - bu vacibdir”, - Kravçuk bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət