Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Artıq qaraciyər nəqlinə "ehtiyac qalmayacaq"

Artıq qaraciyər nəqlinə "ehtiyac qalmayacaq"
Sakura

Artıq qaraciyər nəqlinə "ehtiyac qalmayacaq"

Qəfil qaraciyər çatışmazlığına qarşı əldə edilən potensial müalicə, nəqlə olan ehtiyacı aradan qaldıra bilər, Edinburgh Universitetinin alimləri deyir.

Qaraciyərin özünü müalicə qabiliyyətinə bələdik, amma həddən artıq narkotik vasitə qəbulu da daxil olmaqla bəzi zədələr nəticəsində onu itirmək mümkündür.

Bərpa potensialını geri qaytaran vasitə isə xərçəngə qarşı dərmandır.

Araşdırma hələ ilkin mərhələdə olsa da, alimlər nəqlə alternativ üsulun xəstələr üçün böyük fərq yaradacağını deyirlər.

  • Bağırsağınızda problem varsa, bu 6 təklifi oxuyun
  • Saxta sağlamlıq xəbərləri: onları necə müəyyənləşdirməli
  • Nə yemək yox, nə zaman yemək önəmlidir

Hər il Birləşmiş Krallıqda təxminin 200 nəfər həyati təhlükə daşıyan qəfil qaraciyər çatışmazlığına düçar olur.

'Yeni qaraciyərə ehtiyacım var idi'

21 yaşlı tələbə tibb bacısı Kara Watt-ın iki il əvvəl qaraciyər nəqlinə ehtiyacı olub.

O, qocalar evində işdə ikən güclü ürəkbulanma hiss edib və üzünün rəngi saralıb.

Testlər qaraciyərin fəaliyyətində problem olduğunu göstərib və vəziyyət getdikcə daha da pisləşib.

O, Edinburgh-da reanimasiya şöbəsinə yerləşdirilib və yeni qaraciyərə ehtiyacı olduğu bildirilib.

Alimlər də işlərinin Kara kimi insanlara kömək olacağına ümid edirlər.

Bərpanın yenilənməsi

Komanda, bərpa qabiliyyətinin itmə səbəbini tapmaq üçün insanların qaraciyərlərini yoxlamağa başlayıb.

Onlar müəyyənləşdiriblər ki, kəskin zədələr qaraciyərdəki yaşlanma adlanan proses nəticəsinə baş verir.

Yaşlanma bədəndəki hüceyrələr qocalıb, yorğun düşüb və normal fəaliyyəti dayandırdığı zaman yaşanır. Bu, yaşlanmanın bir hissəsidir, lakin tədqiqatçılar görüblər ki, kəskin zədələr sanki orqan boyunca yayılan "yoluxucu yaşlanmadır".

Science Translational Medicine jurnalında dərc olunan araşdırmada buna məsul olan kimyəvi bir siqnalın olduğu aşkarlanıb.

Tədqiqatçılar siçanlardan istifadəyə üz tutaraq siqnalı bloklayan eksperimental xərçəng müalicəsini sınaqdan keçiriblər.

Heyvanlara qaraciyər çatışmazlığına səbəb olan və ölümlə nəticələnən artıq dozalı dərman verilib. Lakin yeni müalicə nəticəsində onlar sağ qalıblar.

Normal həyat?

Edinburgh Universitetinin tədqiqatçılarından biri Dr Thomas Bird deyib: "Bu prosesin gözəlliyi ondadır ki, dəhşətli zədədən və qaraciyər yenidən inkişaf etdikdən sonra insan həyata qayıda bilir.

"İndi təbii ki, əsas məsələ, sərt qaraciyər çatışmazlığı yaşayan xəstələr üzərində klinik sınaqlar həyata keçirmək və orqan nəqlinin qarşısını alıb-ala bilməcəyimizi yoxlamaqdır."

Bu, orqan nəqli siyahılarındakı sıxlığı azaltmaqla yanaşı, xəstələrin həyatı üçün də böyük fərq yaradacaq.

Hazırda Kara gündə 13 həb qəbul edir. Bu preparatların əksəriyyəti orqanizminin yeni qaraciyəri rədd etmə riskinə qarşıdır.

"Əgər müalicə işə yarayarsa, insanlara böyük kömək olacaq," o deyib.

Tərkibində Glasgow-un Beaston İnstitutundan araşdırmaçıların yer aldığı tədqiqatçı qrup hazırda, yaşlanmanın qaraciyərdən yayılaraq çoxsaylı orqan çatışmazlığı törədib-törətmədiyi üzərində araşdırma aparır.

Wellcome Trust-dan Lindsay Keir tədqiqatın "əhəmiyyətli" olduğunu deyib.

"Hələ ki, tədqiqat bunun müalicə edilə bilən bir vəziyyət olduğunu göstərir. Çox böyük əməliyyat olan qaraciyər nəqlindən yayına bilmək və nəql üçün gərəkli qaraciyər tələbatını azaltmaq böyük bir nailiyyət olacaq," o əlavə edib.

Mənbə: BBC

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR