Slimfit
  1. CƏMİYYƏT

Artıq ödədiyiniz vergiləri bu yolla geri alın

Artıq ödədiyiniz vergiləri bu yolla geri alın
Sakura

Artıq ödədiyiniz vergiləri bu yolla geri alın

Vergi ödəyiciləri artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarını geri almaq hüququna malikdir. Femida.az bu mövzuda maarifləndirici məqaləni təqdim edir.

Vergilər Nazirliyi ləğv olunduğu üçün hazırda bu xidməti İqtisadiyyat Nazirliyi həyata keçirir. Vergi Məcəlləsinin 87-ci və 179-cu maddələri və Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" xidmətin hüquqi əsasını təşkil edir.
Vətəndaş artıq ödənilmiş vergilərini almaq üçün həm elektron, həm poçt vasitəsi ilə, həm də xidmət yerinə gəlməklə birbaşa müraciət edə bilər. Müraciətdən sonra 25 gün ərzində ona düzgün tutulmamış və ya artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması üzrə rəy verilir. Xidmət ödənişsiz həyata keçirilir.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:

- Rezidentliyini təsdiq edən sənədlər (Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda xarici dövlətin rezidenti tərəfindən təqdim edilir)
- Ərizə (Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.)

Vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün qeydiyyatda olduğu yer üzrə ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.

Artıq ödənilmiş vergi məbləği vətəndaşın istəyinə əsasən aşağıdakı formalarda istifadə oluna bilər:

1. Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldilir;
2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlir;
3. Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün və ya 20 gün ərzində vergi ödəyicisinə qaytarılır.


Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 və ya 20 günlük müddət vergi ödəyicisinin bu barədə ərizə verdiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələr digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə yönəldildikdə, vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verir. Vergi məbləğindən artıq olan hissə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün ərzində ona qaytarılır. Hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti üç aya keçirilir və bu ayların ödəmələrinə aid edilir, artıq ödəmənin hər hansı qalığı isə bu müddət bitdikdən sonra vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində qaytarılır.

Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Maliyyə orqanları tərəfindən ödəmənin qaytarıldığı barədə 5 gün müddətində vergi qurumuna məlumat verilir. Vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir.

İstifadəçi vergi və ya maliyyə orqanından imtina qərarı alarsa, "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 71-72 maddələrinə əsasən İqtisadiyyat Nazirliyinə şikayət verə bilər. Şikayətə 1 ay müddətinə baxılır və mahiyyət üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, vətəndaş məhkəməyə şikayət verə bilər.

Amin Nəzərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR