Slimfit
  1. TƏHSİL VƏ KARYERA

“Artıq müəllimə rahat deyə biləcəyik ki, sən 400-500 manat maaş alacaqsan” – “Peşə məktəbləri”nin rəhbərləri

“Artıq müəllimə rahat deyə biləcəyik ki, sən 400-500 manat maaş alacaqsan” – “Peşə məktəbləri”nin rəhbərləri
Sakura

“Artıq müəllimə rahat deyə biləcəyik ki, sən 400-500 manat maaş alacaqsan” – “Peşə məktəbləri”nin rəhbərləri

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır.

Peşə təhsil müəssisələrini də əhatə edən bu sərəncam on minlərlə müəllimin sevinc və motivasiya artımına səbəb olub.

“Maaşların  artırılması mütəxəssislərin də peşə təhsili müəssisələrinə maraqlarını artıracaq”.

 Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nail Bayramov  minimum əmək haqlarının artırılmasını xüsusi  qiymətləndirdi:

“Peşə təhsil müəssisələri üçün əsas məsələ minimum əmək haqlarının 250 manata qaldırılmasıdır. Çünki burda çalışan qeyri-pedaqoji işçilərin maaşı 180 manat civarında idi. Bu da çox aşağı bir məbləğdir. Müvafiq  sərəncamdan sonra həmin işçilər 250 manat əməkhaqqı alacaqlar. Aradakı 70 manat fərq onlara müsbət təsir edəcək.

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşlarında əvvəl də artımlar olmuşdu. Budəfəki  artım diaqnostik qiymətləndirmədən keçən müəllimlərlə yanaşı, idarəedici işçilərə aid edildi.

Bir rəhbər işçi kimi mən gənclərlə işləməyə üstünlük verirəm. Çünki yaşlılarla müqayisədə onların enerjisi, həvəsi daha çoxdur. Təcrübəsiz olsalar da  kurrikulumdan, müasir metodlardan daha çox xəbərdar olduqları üçün onlarla işləmək daha maraqlıdır Gənc mütəxəssislərin cəlb olunması üçün daim çalışırıq. Maaşların artırılması  bizə  bu istiqamətdə dəstək olacaq.  Belə ki, müraciət edənlərlə rahat danışa biləcəyik ki, sən 400-500 manat maaş ala biləcəksən. Əvvəl  müraciət edənlərə deyəndə ki, 200 manat maaş alacaqsan qaçırdılar.   Əməkhaqlarının artırılması mütəxəssislərin də peşə təhsili müəssisələrinə maraqlarını artıracaq.

Bu yaxınlarda bir magistrı dərslərin aparılması üçün dəvət etmişdim. O,  tədris məsələləri ilə bağlı fəaliyyət göstərirdi.  Maaşların artırılması işinə olan həvəsini daha da artırdı. Bu, onun simasından da hiss olundu”.

“ Əmək haqlarının artımı kadrların fəaliyyətinə də müsbət təsir göstərəcək”

12 saylı Bakı Peşə Liseyinin kadr işləri üzrə inspektoru Əfsanə Babayeva da yeni sərəncamı yüksək qiymətləndirir:

“Ölkədə minimum əmək haqqı 180 manat idi.  Peşə təhsili müəssisələrində texniki işçilərdən tutmuş, 5-6-cı dərəcəli işçilərə kimi şəxslər minimum əməkhaqları ilə maaş alırdılar. Belə işçilər üçün bu addım təbii çi, çox sevindirici haldır. Həm maaşları artacaq, həm də işlərinə olan həvəsi.

Əmək haqlarının artımı kadrların fəaliyyətinə də müsbət təsir göstərəcək. İşə vaxtında gəlmək, daha yaxşı çalışmaq üçün həvəsləri artacaq, işə daha məsuliyyətlə yanaşacaqlar və s. Bütün bunları nəzərə alaraq bir peşə təhsil müəssisəsi kimi bu sərəncama münasibətimiz çox yaxşıdır”.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı isə qeyd olunan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR