Artıq çəkisinə görə məktəbdən çıxardılar
"Daily Mail" yazır ki, hadisə Böyük Britaniyanın Portçester şəhərindəki məktəblərinin birində baş verib.
14 yaşlı Kada Consun oxuduğu təhsil müəssisəsində məktəb forması geyinmək məcburidir. Qeyri-standart bədən formasına malik qız əyninə normal pencək tapsa da, formanın yubkası əyninə olmayıb. Buna görə də, qız eyni rəngdə ətək geyinirmiş.
Maraqlı burasıdır ki, Kada uzun illər bu üsuldan istifadə edib və sözgüdən mövzuda yalnız 10-cu sinifdə problem yaşayıb. Qızın qarşısında şərt qoyublar: ya hamı kimi forma geyəcək, ya da evdə dərs almalı olacaq.
Məktəblinin anası Karlin Cons bildirib ki, qızı tam sağlamdır və onun görünüşünün səhhəti ilə heç bir bağlılığı yoxdur.
Təhsil müəssisəsinin direktoru deyib ki, problem təkcə qızın məktəb gerbinin əks olunduğu yubkanı geyinməməsi deyil, həm də bu yubkanın bir qədər qısa olmasıdır.
Hazırda hər iki tərəfi təmin edəcək uniformanın axtarışları aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət