Slimfit
  1. MARAQLI

Artıq çəkili kişilər daha yaxşı ata olurlar? - Araşdırma

Artıq çəkili kişilər daha yaxşı ata olurlar? - Araşdırma
Sakura

Artıq çəkili kişilər daha yaxşı ata olurlar? - Araşdırma

Alimlər kişilərin bədən quruluşu və onların valideynlik bacarıqları arasında əlaqəni müəyyən ediblər.

Ens.az Aztibb.az-a istinadən verdiyi xəbərə görə, araşdırma nəticəsində artıq çəkili kişilərin daha yaxşı ata hesab edildiyi müəyyənləşib.

Məlumata əsasən, araşdırmada 800-dən çox insan iştirak edib. Onlara idmançı bədən quruluşu olan kişilərin, həmçinin nisbətən artıq çəkisi olan kişilərin şəkillərini göstəriblər.

İştirakçılar qeyd ediblər ki, arıq kişilərin valideynlik bacarıqlarına etibar etmirlər. Lakin respondentlər kök kişiləri yaxşı ata olmağa daha çox meyilli hesab ediblər.

Missisipi Universitetindən olan alimlərin fikrincə, insanlar kök ataları daha az dominant qəbul edirlər, deməli, onlarla münasibətlər daha isti olur.

Araşdırma zamanı iştirakçılar kişilərin şəkillərinə baxıblar və təsvir edilmiş kişilərin bu və ya digər pozitiv və ya neqativ davranış modelinə meyilliliyi haqqında - məsələn, fotoşəkildəki kişinin uşağa dərsləri ilə kömək etməyə hazır olduğu və ya əksinə, kişinin uşaqlardan qıcıqlandığı barədə suallara cavab veriblər.

 

 

 

Eyni zamanda, bildirilir ki, tədqiqat iştirakçılarının bir qismi çəkisi çox olan kişilərə də şübhə ilə yanaşıblar. Alimlərin sözlərinə görə, artıq çəki intizamın olmaması ilə əlaqələndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR