Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Artıq çəki insulta səbəb olur

Artıq çəki insulta səbəb olur
Sakura

"Ötən illə müqayisədə Azərbaycanda insultla xəstələnmə 10-12 faiz artıb".

AzVision.az xəbər verir ki, bunu Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxananın II sinir xəstəlikləri şöbəsinin müdiri Xanlar Həsənov deyib. Onun sözlərinə görə, artıq çəki, şəkərli diabet, arterial skleroz, müəyyən kardioloji patologiyalar, sağlam həyat tərzi keçirməmək insulta səbəb olur. 

"Beyin qansızması ilə nəticələnən insultların əksər faizi ölümlə nəticələnir. İnsult bütün ölkələrdə ən çox rast gəlinən xəstəliklərdən biridir. Amma profilaktik tədbirlər görülsə, bu xəstələrin sayını azaltmaq olar. Profilaktika nəticəsində insultun risk faktorları müəyyən edilir və müvafiq müalicə tədbirləri aparılır ki, bu da xəstələrin sayının azalmasına öz təsirini göstərir".

Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev qeyd edib ki, Azərbaycanda yayılan sinir sistemi xəstəlikləri arasında ilk sırada bütün dünyada olduğu kimi qan-damar xəstəlikləri gəlir. Sonrakı yerləri neyrotravmatologiya sinir sisteminin travmatoloji və infeksiyon xəstəlikləri tutur. Daha sonrakı yerlərdə qıcolma tutmaları, preferik sinir sistemi, onurğa xəstəlikləri, eyni zamanda irsi xəstəliklər gəlir.

Aytən Zəhra

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR