Slimfit
  1. AVTO VƏ MOTO

Artıq avtomobil sürərkən "yeriyə" biləcəksiniz

Artıq avtomobil sürərkən "yeriyə" biləcəksiniz
Sakura

Jaguar Land Rover mühəndisləri yeriməni təqlid edən avtomobil oturacaqları hazırlayıblar

Ens.az xəbər verir ki, Jaguar Land Rover-in Britaniya konserni Morphable texnologiyasını — ləng gəzinti illüziyası yaradan oturacaq təqdim edib. Texnologiya kuzov interyerlərinin tədqiqatlarını həyata keçirən bölmə tərəfindən hazırlanıb. Sistem relyef səthindəki mikrodəyişiklikləri yerimə ritmi kimi imitasiya edən kiçik elektrik aktuatorlarının oturacağa inteqrasiyası əsasında qurulub. Belə "gəzinti"nin sürücü və sərnişinləri uzun müddətli oturmaqla bağlı yaranan xəstəliklərdən qurtaracağına ümid edilir.

İstehsalçıların bildirdiyinə görə, Britaniya sürücüləri həftə ərzində orta hesabla 235 kilometr yol qət edirlər. Statistika dünya əhalisinin dörddə birinin oturaq həyat tərzi keçirdiyini göstərir və bu hal həmin insanların bel ağrılarından tutmuş əzələ zəifliyinə qədər sağlamlıqla bağlı çoxsaylı problem yaşamalarına səbəb olur.

Bu, Jaguar Land Rover-in rahatlığın artırılması və onların istehsal etdikləri avtomobillərin sahiblərinin fiziki durumlarını yaxşılaşdırmaq istiqamətində gördükləri birinci belə iş deyil. Daha əvvəl şirkət yırğalamayla mübarizə texnologiyasını təqdim edib, avtomobillərini qripə və soyuqdəymə xəstəliklərinə səbəb olan bakteriyalarla mübarizə aparmaq qabiliyyəti üzrə təsnifatlaşdırıb, havanın kondisiyalaşdırılmasını, multimedia və ətraf işıqlandırma sisteminin avtomatiklışdirilməsi sayəsində sürücülərin əhval-ruhiyyəsini yüksəltməyə nail olub

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR