"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində “Kadriye Latifova” Musiqili Teatrında dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyası tamaşaya hazırlanıb.
Ens.az Kulis.az-a istinadən xəbər verir ki,Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində “Kadriye Latifova” Musiqili Teatrında dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyası tamaşaya hazırlanıb. Səhnə əsərinin rejissoru Azarbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru - Hafiz Quliyev, rəssamı -Tomiana Tomova Naçevadır.
Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət